GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-dan səslənən tənqidlər fonunda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa İttifaqının mükəmməl qurum olmadığını etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. O bildirib ki, Avropa İttifaqı münaqişədən yaranıb.
“Bizim İttifaqımız mükəmməl deyil, lakin bu, bir vəddir: əməkdaşlığın qarşıdurmadan, haqq-ədalətin isə zorakılıqdan üstün olacağına dair bir vəddir”, – deyə fon der Leyen qeyd edib.
Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, bu prinsiplər təkcə Avropa İttifaqına deyil, eyni zamanda Qrenlandiyaya da şamil olunur.
Tahir Turan
Globalinfo.az