Leyla efirdə doğma atası ilə danışmaq İSTƏMƏDİ VİDEO

24.11.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Müğənni Leyla Rəhimova efirdə doğma atası ilə danışmaq istəməyib.
Bizim.Media xəbər verir ki, Leyla “Rəngarəng” proqramında qonaq olarkən atası verilişə zəng edib.
Lakin sənətçi ona deyiləsi sözü olmadığını bildirib:
“Atamı 11 yaşıma qədər görməmişəm, birgə şəklimiz yoxdur. 11 yaşımda da xaricə gedirdim, etibarnamə lazım idi, ona görə görüşdük. O səfərdən sonra gəlib görmək istəyirdi, mən Moskvaya köçdüm, orada yaşadım. 8 ildən sonra yenə görüşdük. Bu yaxınlarda bir xəstəliyi oldu, getdim, gördüm, sonra da getmədim. İnşallah, yenidən gedəcəm yanına, amma hazırda nəsə sözüm yoxdur... Xəstələnəndə ona bir ata kimi yox, insan kimi pis olmuşdum. Övladı, oğlu, qızı var”.

Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью