Leyla Əliyeva 6 saylı doğum evini ziyarət edib

09.12.2024

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.

SİA xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.

Leyla Əliyeva tərəfindən hər iki tibbi müəssisəsinə yüksək tezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью