Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Azərsun Holdinq” pavilyonuna baş çəkib.
Leyla xanıma pavilyon daxilində təqdim olunan innovativ həllər və yeni süni intellekt layihələri olan ECONAR və ECO19-la bağlı məlumat verilib.
Daha sonra “Azerçay”ın xüsusi hədiyyə dəsti təqdim olunub. Artıq bir neçə gündür davam edən layihə çərçivəsində COP29-un Dayanıqlı İnkişaf T
Media nümayəndələri və müxtəlif şirkətlərin əməkdaşları pavilyon daxilində keçirilən tədbirdə müzakirələrə qoşulurlar.
Mövzular əsas etibarilə ilə süni intellekt və təkrar emal, sağlam həyat ilə bağlı olur.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir.
Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.