Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib

25.02.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.

APA xəbər verir ki, əvvəlcə Leyla Əliyeva “Bizim Mətbəx” layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib. Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub.

Sakinlər təşkil olunan iftar süfrəsinə və göstərilən diqqətə görə səmimi minnətdarlıqlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью