Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində FOTOLAR

22.11.2024

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

Mia.az xəbər verir ki, onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.

Ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью