Leyla Əliyeva Zarqa Yaftalı ilə görüşdü FOTO

05.02.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 5-də Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verilib.

Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zərqa Yaftalinin rəhbərlik etdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasında əməkdaşlıq imkanlarına toxunuldu, bu fondun fəaliyyətinin 100 mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyə çıxışını təmin etdiyi qeyd olunub.

Görüşdə, həmçinin qlobal humanitar təşəbbüslərin həyata keçirilməsində ortaq məqsədlərin olduğu vurğulandı, qadın hüquqlarının qorunması və davamlı təhsilin təmin edilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью