Leyla Əliyevadan bacısı ilə bağlı paylaşım FOTO Doğru Xəbərlər

24.01.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bacısı Arzu Əliyevanı sosial şəbəkə vasitəsilə təbrik edib.

Leyla Əliyeva Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günü münasibətilə “Instagram” hesabında videoçarx paylaşıb.

Xatırladaq ki, Arzu Əliyeva 1989-cu ildə Bakı şəhərində anadan olub.

Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.

2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.

İki övladı var.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью