Leyla Əliyevanın dəstəyi ilə dünyaca məşhur DJ tərəfindən “Bayatı şiraz” treki hazırlanıb …
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyaca məşhur prodüser və DJ Burak Yeter “Bayatı şiraz” adlı yeni treki ilə musiqisevərlərin qəlblərini fəth etməyə hazırdır.
Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, "Sound of Land" layihəsi çərçivəsində Bakıda keçirilən "Yaradıcı həftə" ərzində yeni trekin yaradılması ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə reallaşıb.
Bir çox hitlərə imza atan Burak Yeterın sosail şəbəkə səhifəsində 6 milyondan çox izləyici auditoriyası var.
Onun mahnıları audio platformalarda bir milyarddan çox baxış və ya səslənməyə sahibdir.
Elektron musiqi janrında yeni əsərin bütün platformalarda distribusiyası ilə “Yaradıcı Studio” məşğul olacaq.
Prodüser Anar Reybandın fikrincə, “Yaradıcı Studio" ilə birgə ərsəyə gətirilən bu mahnı milli yaradıcı gəclərimiz üçün gözəl hədiyyədir, eyni zamanda dinamik musiqi həvəskarlarını daha da ruhlandıracaq.
Gənc xanəndə Kənan Bayramovun ifasında olan bu trek Spotify, Apple Music, Amazon Music, Deezer, Tidal, Pandora, Anghami, Claro-Musica, Melon, Kanjian, Bugs!, AWA, Naver Music, NetEase, QQ Music, Kugou, Kuwo, Napster, iHeartRadio, JioSaavn, Kuack, Flo, KKBOX, Zing, Joox, Boomplay, LINE MUSIC, Audiomack, YouSee Musik, Telmore Musik, Genie Music platformalarında yayımlanacaq.
Tam oxu
Xəbəri oxu