Leyla Şıxlinskayadan “Gün keçdi” filmi ilə bağlı təklif

02.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Leyla Şıxlinskaya “Gün keçdi” filminin davamının çəkilməsini istəyir.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, “Bu gün də keçdi” adlı qısametrajlı ekran əsərinin lentə alınmasını arzuladığını bildirib:

“Mən istərdim ki, “Bu gün də keçdi” adlı qısa film çəksinlər. “Gün keçdi” filmindən kadrları götürək. Orada “Oqtay” obrazına da heç gərək yoxdur. Amma hələlik bununla bağlı bir cavab yoxdur. Bunun üçün də pul lazımdır”.

Qeyd edək ki, “Gün keçdi” filmində Leyla Şıxlinskaya "Əsmər", Həsən Məmmədov isə "Oqtay" obrazını canlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью