Leyla və Arzu Əliyevalar musiqili gecədə

01.05.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Xalq artisti Eyyub Yaqubov “Yalnız mədəniyyət” adlı musiqili-bədii proqram ilə çıxış edib.

Axşam.az xəbər verir ki, şair, böyük dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib.

Tədbirdə Eyyub Yaqubov və ifaçının sənət dostları musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью