Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Bəhramzadə Elmur Bəhram oğlu idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə "Sabunçu bazarı" istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.