“Leypsiq” və “Aston Villa” Türkiyə millisinin üzvü ilə maraqlanır

07.04.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Türkiyə Super Liqası təmsilçilərindən “Eyüpspor”un qolkiperi Berke Özer yayda komandanı tərk edə bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qapıçı ilə “Leypsiq” və “Aston Villa” yaxından maraqlanır.

Mənbənin məlumatına görə, hər iki komanda futbolçunu yaxından izləyir və mövsümün sonunda təklif göndərməyə hazırlaşır.

Xatırladaq ki, Türkiyə millisinin üzvü daha əvvəl Belçikanın “Vesterlo” və  Portuqaliyanın “Portimonense” klublarının şərəfini qoruyub. 

Qeyd edək ki, sabiq "Fənərbaxça"lı bu mövsüm “Eyüpspor”un heyətində 29 rəsmi matça çıxıb və 30 qol buraxıb. O, bu qarşılaşmalardan 10-da qapısını toxunulmaz saxlamağı bacarıb.

"Benfika"dan möhtəşəm qələbə - VİDEO Premyer Liqada yeni ANTİREKORD Joze Mourinyo: “O epizodu "Hollywood"dakılar da izləməlidir" "Qalatasaray" Yunus Akgünü komandada saxlamaq istəyir La Liqa: Lider xal itkisi ilə üzləşdi - VİDEO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью