“Leypsiq”dən “Yuventus”a RƏSMİ

02.09.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Leypsiq"in hücumçusu Lois Openda karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, belçikalı futbolçu "Yuventus"a transfer olub.

Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 25 yaşlı oyunçu bir illik icarə əsasında "qoca sinyora"nın şərəfini qoruyacaq. A Seriyası təmsilçisi bu keçid üçün Bundesliqa klubuna 3,3 milyon avro ödəyib.

Qeyd edək ki, Belçika millisinin üzvü olan Openda ötən mövsüm "Leypsiq"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 11 assistlə yadda qalıb.

“Fənərbaxça”dan La Liqaya Ederson “Fənərbaxça” yolunda: İstanbula yola düşüb “Fənərbaxça”da növbəti ayrılıq Yusuf Akçiçek “Əl-Hilal”da - RƏSMİ Zaniolonun yeni klubu bəlli oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью