“Leypsiq”in baş məşqçi planı

02.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner karyerasını Almaniyada davam etdirə bilər.

İdman.biz xəbər verir ki, avstriyalı mütəxəssisin xidmətində “Leypsiq” maraqlıdır.

Bundesliqa təmsilçisi çalışdırıcı ilə danışıqlara start verib. Leypsiqlilər mütəxəssisin yeni mövsümdən komandaya rəhbərlik etməsini istəyir.

Avstriyalı buna razılıq versə, Almaniya klubu “Kristal Pelas”a da kompensasiya ödəniləcək. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Marko Rozeni istefaya göndərən “Leypsiq”ə mövsümün sonunadək Jolt Löv başçılıq edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью