futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Leypsiq”in futbolçusu Xavi Simons karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Çelsi” niderlandlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Simonsun “Çelsi”yə keçməyə razılıq verdiyi bildirilir.
London klubu “Leypsiq”lə danışıqları davam etdirir.
22 yaşlı yarımmüdafiəçi ötən mövsümdə 33 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.