Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bundesliqa təmsilçisi "Leyptsiq" "Göztəpə"nin braziliyalı hücumçusu Romulonu transfer etməyə yaxındır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Göztəpə" klubu bonuslar da daxil olmaqla 25 milyon avroluq təklifə razılaşıb.
Klublar arasındakı razılaşmaya əsasən, braziliyalı futbolçunun sonrakı satışından Türkiyə liqasının təmsilçisi pay alacaq.
Xatırladaq ki, 23 yaşlı Romulo ötən mövsüm “Göztəpə”nin heyətində 33 oyunda 17 qol vurub və 10 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ