Leyptsiq onun üçün 81 milyon ödədi

30.01.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Leyptsiq" Niderland millisinin futbolçusu Xavi Simonsu transfer edib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya klubu 21 yaşlı yarımmüdafiəçi üçün PSJ-yə 81 milyon avro ödəyib. Onunla 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, Xavi Simons daha öncə 2023-ci ildən bu ilin 29 yanvarına qədər "Leyptsiq"də icarə əsasında çıxış edirdi. O, bu mövsüm Almaniya klubunun heyətində 17 oyuna çıxaraq 5 qol vurub və 4 qolun ötürməsini edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью