Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İspaniyanın “Vilyarreal” klubu “RB Leyptsiq”in qapıçısı Peter Qulaçini heyətinə qatıb.
Futbolpress.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İnsayder Fabrisio Romanonun verdiyi xəbərə görə, transferin məbləği 2 milyon avro təşkil edib. 36 yaşlı macarıstanlı qolkiperlə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Qulaçi 2015–2026-cı illərdə “RB Leyptsiq”in şərəfini qoruyub və Almaniya klubunun heyətində ümumilikdə 362 matçda meydanda olub.