“Leyptsiq”in hücumçusu qərarını verdi

16.07.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdə maraqlı deyil.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı sloveniyalı bütün diqqətini Avropa futboluna yönəldib. O, ərəblərdən gələn təklifə müsbət yanaşmır.

“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

2024/25 mövsümündə Şeşko 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью