futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın “Leyptsiq” komandasının müdafiəçisi Kastello Lukeba karyerasında dönüş edərək İspaniya La Liqasına yollana bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Goal.com” portalı məlumat yayıb. Mənbənin iddiasına görə, 23 yaşlı fransalı stoper “Barselona”nın diqqət mərkəzinə düşüb.
Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik gənc müdafiəçinin transferini istəyir və onun komandaya cəlb olunmasını rəhbərlikdən xahiş edib.
K. Lukebanın “Leyptsiq”lə mövcud müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.