Leysan, dolu, qar yağacaq Sabahın havası | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək.
Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-27° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək.
Tam oxu
Xəbəri oxu