Leysan, dolu, sel və daşqın təhlükəsi Rəsmi XƏBƏRDARLIQ | Icma.az
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq. Mayın 27-si gündüzdən 28-i axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gö
Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, hava şəraiti arabir yağıntılı olacaq, bəzi yerlərdə şimşək çaxacaq.
Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı və dolu düşəcəyi ehtimalı var.
Gözlənilən leysanlarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazdan axan çaylarda qısamüddətli sel və daşqın keçəcəyi ehtimal edilir.
Vətəndaşlara və aidiyyəti qurumlara ehtiyatlı olmaları tövsiyə olunur.
Təbiət hadisələrinin səbəb ola biləcəyi fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
DOĞRU.AZ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu