Milli.az saytına istinadən Icma.az xəbər verir. Oktyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-85, gündüz 60-65 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gecə və səhər bəzi şərq rayonlarında, axşama doğru isə əksər rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.