Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

04.04.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью