Leysan Məmmədova yeni vəzifə verildi | Icma.az
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib.
Gununsesi.info Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz oğlu Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru təyin olunub.
Qeyd edək ki, Həmidov Övsət Gülhəsən oğlu bir müddət əvvəl Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib.
O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Gununsesi.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu