Icma.az, Unikal.az portalına istinadən məlumat verir. Bakıda və Abşeron yarımadasında noyabrın 19-u səhərədək bəzi yerlərdə arabir yağış yağ
Bu barədə "Unikal"a Milli Hdiromteorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 19-u gündüz bəzi dağlıq rayonlarda, 19-u axşamdan 20-si səhərədək isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur. *** 12:52 Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.