Leysan olacaq XƏBƏRDARLIQ

29.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yanvarın 29-da ölkə ərazisində hava şəraitinin dəyişkən keçəcəyi, bəzi bölgələrdə isə arabir yağıntı müşahidə olunacağı proqnozlaşdırılır.
Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə Bakı və Abşeron yarımadasında ayrı-ayrı yerlərdə fasilələrlə yağıntı gözlənilir. Səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yağıntının güclənəcəyi ehtimal olunur, günün ikinci yarısında isə tədricən kəsiləcəyi bildirilir. Gün ərzində cənub-şərq küləyi əsəcək, axşam saatlarından etibarən küləyin istiqaməti şimal-qərbə dəyişəcək.
Havanın temperaturu gecə saatlarında 2–5 dərəcə isti, gündüz isə 6–10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə 80–85 faiz civarında dəyişəcək.
Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi ərazilərdə yağıntılı keçəcəyi, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakter alacağı mümkündür. Gün ərzində yağıntılar tədricən səngiyəcək, bəzi bölgələrdə duman müşahidə olunacaq. Qərb istiqamətli mülayim külək üstünlük təşkil edəcək.
Rayonlarda havanın temperaturu gecə 0–5 dərəcə isti, gündüz 6–11 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə saatlarında 3–8 dərəcə şaxta, gündüz isə 0–3 dərəcə şaxta gözlənilir.
Sinoptiklər gecə saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının olduğunu da bildiriblər.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью