Leysan və qar yığacaq, çaylardan sel keçəcək XƏBƏRDARLIQ

10.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью