Leysan xarakterli yağış fasilələrlə dekabrın 4ü səhərədək davam edəcək

03.12.2024

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Operativ Media"ya  bildirib ki, dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью