Leysan xarakterli yağış fasilələrlə dekabrın 4ü səhərədək davam edəcək

03.12.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən, hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

AZƏRTAC xəbər verir ki, bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью