Leysan xarakterli yağış fasilələrlə dekabrın 4ü səhərədək davam edəcək AZƏRTAC

03.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən, hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

AZƏRTAC xəbər verir ki, bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью