Leysan xarakterli yağış nə vaxtadək davam edəcək?

03.12.2024

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətinin Adalet.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

Bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью