Leysan yağacaq, bəzi çaylardan sel keçəcək XƏBƏRDARLIQ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

04.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Azərbaycanın rayonlarında noyabrın 05-i gündüzdən 06-sı gündüzədək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью