Leysan yağacaq, şimşək çaxacaq XƏBƏRDARLIQ

07.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Bakıda və Abşeron yarımadasında noyabrın 8-i axşamdan 9-u axşamadək arabir yağış yağacağı gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью