Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Batumidə güclü yağış nəticəsində bir neçə küçə su altında qalıb. Şəhərin Aqmaşenebeli, Kobaladze, Ximşiaşvili və Abuseridze küçələrində problemlər yaranıb. Evlərin birinci mərtəbələri, zirzəmilər və ictimai iaşə obyektlərinə su dolub.
AZƏRTAC xəbər verir ki, yollarda su hərəkəti də çətinləşdirib.
Yerli sakinlər güclü yağışlar zamanı daşqınların baş verdiyini və bunun hərəkətə mane olduğunu bildirirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi