Leysanla bağlı Xəbərdarlıq

06.12.2024

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Bu gün axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir.

Axşam.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 7-si axşam şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda isə sululuğun artacağı ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью