Leysanlı günlərdə hansı rayonları su basıb? Rəsmi AÇIQLAMA | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Aprelin 16-ı və 17-i ölkə ərazisindəki güclü yağış vətəndaşlara çətin vəziyyət ya
Böyük şəhərlərlə yanaşı rayonlarda da vətəndaşlar leysanın fəsadları ilə üzləşib.
Modern.az hansı şəhərlərdə xilasetmə əməliyyatları keçirildiyini öyrənmək üçün Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux, Abşeron, Qobustan, Şamaxı,Yevlax, Hacıqabul rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilib.
Qeyd edilib ki, bununla yanaşı digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu