Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bir müddət əvvəl Şanxayda anidən alışan “Mega” miniveni ilə bağlı təhqiqat başa çatıb.
Avtosfer.az xəbər verir ki, “Li Auto” yanğının batareya ilə əlaqəli olduğunu bildirib. Məlum olub ki, batareyaların soyutma sistemində hermetiklik tam təmin edilməyib. Bu da qısaqapanmaya səbəb olub.
Şirkət 11 mindən çox maşını geri çağıraraq nasaz detalları dəyişib. Paralel olaraq batareya istehsalı sahəsindən 6, keyfiyyətə nzəarət bölməsindən 5 nəfər işdən çıxarılıb. Onların birbaşa rəhbərlərinin illik mükafatları kəsilib, karyera yüksəlişi tam dayandırılıb.
Sözügedən yanğınla bağlı daha ətraflı aşağıdakı linkdə:
https://avtosfer.az/az/hadise/daha-bir-bahali-li-avtomobili-hereket-zamani-alisib-yandi-vi%CC%87deo-305581
Vüqar