Icma.az, Ayna portalına istinadən məlumat verir.
“Hazırkı vəziyyətdə Koreya yarımadasını tamamilə nüvəsizləşdirmək cəhdlərinin uğur zəmanəti yoxdur”
ABŞ Pxenyanın yeni nüvə silahları və ballistik raketlərin inkişafını dayandırmaq öhdəliyi müqabilində Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmalıdır. AYNA.AZ xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Li Ce Myonq "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib.
O, təsirsiz sanksiyalarla əlavə nüvə silahlarının və qitələrarası ballistik raket texnologiyalarının inkişafının dayandırılması arasında güzəştə çağırıb.
Li Ce Myonq vurğulayıb ki, “hazırkı vəziyyətdə Koreya yarımadasını tamamilə nüvəsizləşdirmək cəhdlərinin uğur zəmanəti yoxdur”. Onun sözlərinə görə, hazırda dünyanın Şimali Koreyaya qarşı belə bir siyasətə real alternativi yoxdur.
Cənubi Koreya Prezidenti Pxenyanın yığılmış artıq nüvə arsenalını mənfəət üçün ixrac etməyə başladığı ssenarini son dərəcə təhlükəli adlandırıb.