Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin "Çelsi" klubunun hücumçusu Liam Delap yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər.
Bakıvaxtı.az "The i Paper"ə istinadən xəbər verir ki, 23 yaşlı forvardın xidmətində Premyer Liqanın digər təmsilçisləri - "Nottingem Forest", "Everton" və "Lids" klubları maraqlıdır.
"Nottingem Forest" hücumçu Kris Vuda rəqabət yarada biləcək oyunçu axtarır. Komandanın yeni baş məşqçisi Oliver Qlasner ingiltərəli forvardın keçidində maraqlıdır.
"Everton"un baş məşqçisi Devid Moyes də hücumçunun xidmətində maraqlı olduğu halda, "Lids" hücum xəttində rəqabəti artırmaq niyyətindədir.
"Çelsi" futbolçunu satmağa hazırdır və onun dəyərini 47 milyon avro qiymətləndirir.