Liam fantastik futbolçudur Çelsinin baş məşqçisi

29.12.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərənin digər təmsilçisi "İpsviç Taun"un hücumçusu Liam Delapı transfer etmək istədikləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Liam fantastik futbolçudur. O, çox yaxşı hücumçudur. Əvvəllər də dediyim kimi, İngiltərə yığmasının hücumçu sarıdan bəxti gətirib. O, gələcəkdə milli üçün çox vacib oyunçuya çevrilə bilər". 

Qeyd edək ki, Delap cari mövsüm "İpsviç" forması ilə bütün turnirlərdə 18 matça çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью