Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. “One Direction” qrupunun keçmiş üzvü, mərhum müğənni Liam Peynin həyatının son dəqiqələrin
Ölkə.az olay-a istinadən xəbər verir ki, sözügedən şəkilləri “Daily Mail” nəşri yayıb.
Görüntülərdə Buenos Ayresdəki “CasaSur Palermo” hotelinin işçilərinin müğənnini qollarını bağlayaraq, onu otağına necə apardıqlarını (daha doğrusu, sürüklədiklərini) yer alıb.
Hadisə şahidlərinin sözlərinə görə, bundan əvvəl ifaçı hotelin foyesində yarım saat vaxt keçirib, üç-dörd dəfə otağına qalxıb, ehtimal ki, qanunsuz maddələrdən istifadə edib.
Hər dəfə foyeyə qayıdanda halı pisləşib, sonuncu dəfə enəndə isə foyedə yerdə qıcolmaları başlayıb.
Sonra baş menecer, masaj terapevti və başqa bir otel işçisi Peyni liftlə üçüncü mərtəbədəki otağına qaytarmaq qərarına gəliblər.
Bu zaman təhlükəsizlik kamerası vaxtı 16:54 olaraq qeyd edib.
Bir neçə dəqiqədən sonra hotel administratoru ulduz qonağın vəziyyətindən narahat olduğunu bildirərək 911-ə zəng edib və artıq saat 17:11-də təcili yardım gəlib və həkimlər müğənninin ölümünü elan ediblər.