Liberal demokratların namizədi Li Ce Myun Cənubi Koreyanın prezidenti seçilib

04.06.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin, 4 iyun, AZƏRTAC

İyunun 3-də Cənubi Koreyada keçirilən prezident seçkisində əsas müxalif qüvvə olan Demokratiya partiyasının namizədi Li ce Myun qalib gəlib.

AZƏRTAC xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) Li Ce Myunun 49,42 faiz səslə Cənubi Koreyanın 21-ci prezidenti seçildiyini açıqlayıb. Onun əsas rəqibi olan mühafizəkar Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su isə səslərin 41,15 faizini toplayıb. MSK artıq yeni prezidentin rəsmən vəzifəsinin icrasına başladığını elan edib.

Qeyd edək ki, sabiq dövlət başçısı Yun Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunmuşdu. Seçkidə 6 nəfər mübarizə aparıb. Seçicilərin 79,4 faizi (35,24 milyon nəfər) səsvermədə iştirak edib. Bu, 1997-ci ildən bəri ən yüksək göstəricidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью