Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 oktyabr, AZƏRTAC
Cənubi Amerikanın futbol klublarının mübarizə apardığı Libertadores Kubokunda ilk finalçı bəlli olub.
AZƏRTAC xəbər verir ki, Braziliyanın “Flamenqo” komandası cavab oyununda Argentinanın “Rasinq” klubu ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn Braziliya təmsilçisi həlledici mərhələyə yüksəlib.
Turnirin ikinci finalçısı “Palmeyras” (Braziliya) – “Kito” (Ekvador) qarşılaşmasının qalibi olacaq. Birinci oyunda Ekvador təmsilçisi sevinən tərəf olub – 3:0.