“Liberty Media” “Formula 1”i satacaq?

15.04.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“The Times”ın yaydığı xəbərə görə, “Formula-1” üzrə dünya çempionatının kommersiya hüquqlarına malik olan “Liberty Media” şirkəti “kral avtoyarışları”nın satışı imkanlarını nəzərdən keçirir.
Adı çəkilən qaynaq sövdələşmənin gələn il baş tuta biləcəyini iddia edir. “Liberty Media”nı satış planı üzərində düşünməyə vadar edən səbəb “Formula-1”in populyarlığının artmasıdı. Şirkət gələcəkdə dünya çempionatına marağın azala biləcəyindən ehtiyatlanır.
Bir müddət əvvəl “Liberty Media”nın gəlirlərinin 2023-cü illə müqayisədə 2024-də 14 faiz artdığı və 3,65 milyard dollara çatdığı bildirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью