Lider büdrəyib, izləyiciləri qazanıb UEFA | Icma.az
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, baş tutan 4 oyundan sonra UEFA reytinqi açıqlanıb. Siyahının lideri İngiltərə günü əliboş başa vurub.
Ən yaxın izləyiciləri – “Böyük beşliy”in digər ölkələri isə xal hesablarını artırıblar.
İtaliya, İspaniya, Almaniya və Fransa günü qazancla bitirib. Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib.
28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir.
Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.
Tam oxu
Xəbəri oxu