Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə bu müraciəti etmişdir: “Əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müraciətindən 17 il sonra, 2020-ci il 8 noyabt tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!
Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyev 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrində də bu fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, hər zaman çalışmışam atamın yoluna sadiq olum: “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm.
Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması
Son dörd ildə görülən işlər sırasına işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması da daxil oldu.
Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bu mühüm məqamı da xüsusi olaraq qeyd etdi ki, bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram.