Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ECO-nun 17-ci Zirvə görüşünün ardınca lll Şuşa Qlobal Media Forumunun məhz Xankəndidə keçirilməsi özü-özlüyündə dünyaya bir mesajdır.
Prezident İlham Əliyevin Forumda şəxsən iştirakı və Xankəndidə səsləndirdiyi açıqlamalar isə həmin vizual mesajın tərəddüdsüz və səmimi bəyanatlarda əksini tapan qətiyyətli Lider mövqeyinin ifadəsidir.
Azərbaycan Prezidenti 52 ölkədən 140 qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun, 7 beynəlxalq təşkilat təmsilçisinin iştirak etdiyi bu mötəbər Forumda beynəlxalq birliyə bu tarixi mesajı verdi: maneə və təzyiqlərə, şantaj və hədələrə baxmayaraq, Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüquq normaları əsasında bərpa etməklə Cənubi Qafqazda artıq yeni reallıq yaradıb.
Bir çox liderlərdən fərqli olaraq, Prezident İlham Əliyev bu Forumda suallara verdiyi cavabları ilə bir daha göstərdi ki, böyük siyasətçinin, əsl dövlət xadiminin gücü onun səmimiliyindədir.
Azərbaycan Prezidenti şəxsi nümunəsində sübut etdi ki, əgər Lider fəaliyyətini öz xalqının və rəhbərlik etdiyi dövlətin tarixi maraqlarının qorunmasına həsr edirsə, xalqın tərəddüdsüz inam və etimadını qazanırsa, yalnız belə Lider həm öz cəmiyyəti, həm beynəlxalq auditoriya, həm də həmkarları ilə səmimi ola və həqiqətləri açıqlaya bilir.
Prezident İlham Əliyev elə bu səbəbdən, hətta dövrümüzün mürəkkəb geosiyasi çağırışlarına, onların yarada biləcəyi fəsadlara, ayrı-ayrı güclərin şantaj və hədə ritorikasına baxmayaraq, mövqeyindən bir addım geri çəkilmir və istənilən auditoriya ilə səmimi dialoq qurmağa nail olur.
Azərbaycan Prezidentinin Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın sualına verdiyi cavab bu baxımdan olduqca maraqlı və bir çox liderlər üçün, həqiqətən, ibrətamizdir.