Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının 4-cü turunda "Sabah"ın qonağı olacaq "Zirə"nin heyətlə bağlı son vəziyyəti bəlli olub.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Komandada cəzalı və ya zədəli oyunçu yoxdur. "Zirə" "Sabah"a qarşı oyuna tam heyətlə hazırlaşır".
Qeyd edək ki, "Sabah" - "Zirə"qarşılaşması sentyabrın 5-də keçiriləcək. "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti 18:30-da səsləndiriləcək. Əvvəlki 3 matçda maksimum xal toplayan qəsəbə təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində mövqe tutubsa, bir oyun az keçirən "bayquşlar" 6 xalla 4-cü sırada qərarlaşıblar.
Nihat